Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclər Bakıda toplaşacaq
Avqustun 18 və 20-də da “JW Marriot Hotel Absheron”da X ASAIF beynəlxalq yay forumu keçiriləcək. AZAİF-dən Lent.az-a verilən məlumata görə, tədbirdə 40 ölkədən 500 azərbaycanlı gəncin iştirakı nəzərdə tutulub.
Forumun birinci günü, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun çıxışları planlaşdırılır.
Daha sonra işçi qruplar üzrə müzakirələr aparılacaq və səsləndiriləcək təkliflər təşkilatın illik fəaliyyət planına daxil ediləcək. Forum zamanı təşkilatın strukturu təsdiqlənəcək, təşkilatın yeni sədrliyi üçün seçkilər keçiriləcək və ölkələr üzrə nümayəndələr təyin ediləcək. Forumun rəsmi hissəsi bitdikdən sonra isə iki böyük panel üzrə qrup müzakirələri baş tutacaq və təkliflər irəli sürüləcək. Panel müzakirələrinin yekun nəticələrinə uyğun isə səslənən təkliflər ASAIF-in illik planına daxil ediləcək. Forumun sonunda saat 20:00-da “JW Marriot Hotel Absheron”da tədbir iştirakçıları üçün qapalı ziyafət təşkil olunacaq.
Forumun ikinci günü, avqustun 20-də iştirakçıların Azərbaycanın dilbər guşələrindən biri olan İsmayıllı rayonuna səfəri nəzərdə tutulur. Forumun rəsmi tərəfdaşı Azərbaycan Gənclər və İdman Nazirliyidir.

Oxşar yazılar

Sabah Bakıda hava əvvəlkilərdən də isti olacaq
19 iyul 2025 , 12:33
Bu rayonlara leysan yağdı - FAKTİKİ HAVA
19 iyul 2025 , 12:00
Köhnə qaydalar dəyişdi: artıq tanışlıqla sanatoriyalara getmək olmur - TAHİR KƏRİMLİYƏ CAVAB
19 iyul 2025 , 11:49
Dənizə bu cür girmək ifliclə nəticələnə bilər
19 iyul 2025 , 11:12
Dörd BÜRC iyul və ya avqust aylarında gözlənilməz böyük pullar alacaqlar
19 iyul 2025 , 09:09
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31