15 yaşlı qızın hamilə qalmasına göz yuman məmuru hansı cəza gözləyir? - AÇIQLAMA
11 mart 2022 16:41 (UTC +04:00)

15 yaşlı qızın hamilə qalmasına göz yuman məmuru hansı cəza gözləyir? - AÇIQLAMA

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu cinayətlə bağlı xəbərdar olan aidiyyatı dövlət qurumlarının lazımi tədbir görməməsi ilə bağlıdır.

Xəbər verdiyimiz kimi Gəncədə adı hələlik açıqlanmayan 70 yaşlı kişi 15 yaşlı yeniyetməni hamilə qoyub. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bu barədə sosial şəbəkə hesabında bildirib ki, hadisə ilə bağlı hələ yanvar ayında cavabdeh dövlət qurumuna məlumat verilib. Onun iddiasına görə. ancaq məsələ ilə bağlı yalnız ötən gün, mediada məlumatlar yayılandan sonra tədbir görülməyə başlanılıb.

Bəs görək, bu kimi pozuntulara yol verən aidiyyatı dövlət qurumu əməkdaşlarını hansı cəza gözləyir?

“Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev Lent.az-a bildirib ki, ağır və xüsusilə ağır cinayətlər barədə məlumatı olub lazımi tədbir görməyən dövlət qurumu əməkdaşı azadlıqdan məhrum edilə bilər:

Şamil Paşayev

“Bu kimi hallarla bağlı Cinayət Məcəlləsinin 307-ci maddəsində əks olunub. Həmin maddəyə əsasən, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməyən şəxs 2 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmçinin ağır və xüsusilə ağır cinayəti qabaqcadan vəd etmədən gizlətmə də cinayət məsuliyyətinə səbəb olur. Dövlət orqanının bu kimi hallarda ilk işi dərhal prokurorluğa məlumat vermələri olmalı idi. Belə cinayətlər haqqında xəbər verməyən dövlət qulluqçuları barəsində qanunvericiliyə uyğun olaraq, məsuliyyət tədbirlərinin görülməsi mümkündür”.

# 4023
avatar

Mehman Nəbiyev

Oxşar yazılar