288 saylı məktəbdə Konstitusiya və Zəfər gününə  həsr olunmuş tədbir
14 noyabr 2025 16:59 (UTC +04:00)

288 saylı məktəbdə Konstitusiya və Zəfər gününə həsr olunmuş tədbir

0

Noyabrın 14-də Bakı şəhəri Neftçi Qurban adına 288 saylı orta məktəbdə ibtidai sinif müəllimi Məhrubə Vəliyevanın təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 Noyabr – Konstitusiyanın qəbul edilməsinin 30-cu və Zəfər gününün 5-ci ildönümünə həsr olunmuş geniş tədbir təşkil olunub.

Lent.az xəbər verir ki, tədbirdə şəhid məzunların anaları, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Abbas Hüseynov, məktəb rəhbərliyi və kollektivi iştirak edib. Məktəbin direktoru Aygün Hüseynova Konstitusiyanın dövlətçilik tariximizdəki mühüm rolunu vurğulayıb.

İcra Hakimiyyətinin nümayəndəsi Abbas Hüseynov çıxışında 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin əlamətdar qərar olduğunu, həmçinin Zəfər Gününün 5-ci ildönümünün milli birlik və qürur hisslərini bir daha xatırlatdığını bildirib.

Tədbir 2 “Ç” sinif şagirdlərinin vətənpərvər şeirləri, mahnıları, səhnəcikləri və milli rəqsləri ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 144

Oxşar yazılar