ÜST-ün baş direktoru koronavirusa yoluxub? - AÇIQLAMA
02 noyabr 2020 11:11 (UTC +04:00)

ÜST-ün baş direktoru koronavirusa yoluxub? - AÇIQLAMA

0

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusa yoluxma şübhəsi ilə özünü təcrid edib.

APA-nın xəbərinə görə, bu barədə baş direktor "Twitter" hesabında məlumat verib.

O bildirib ki, infeksiyaya yoluxduğu təsdiqlənmiş şəxslə təmasda olduğu üçün ÜST-ün təlimatlarına uyğun olaraq qarşıdakı bir neçə gün ərzində özünü təcrid edəcək və evdən işləyəcək.

Baş direktor qeyd edib ki, vəziyyəti yaxşıdır və onda virusun simptomları yoxdur.  

“Hamımızın səhiyyə qaydalarına riayət etməyimiz vacibdir. Bu şəkildə COVID-19-un yayılmasının qarşısını alacağıq, virusun öhdəsindən gələcəyik və səhiyyə sistemlərini qoruyacağıq”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1226

Oxşar yazılar