Şakira Mbappenin atası ilə görüşdü : Ulduz Kiliana minnətdardır
13 iyul 2026 14:37 (UTC +04:00)

Şakira Mbappenin atası ilə görüşdü: Ulduz Kiliana minnətdardır

0


Şakira uzun müddətdir dünya çempionatının əfsanəsi statusunu qazanıb – sənətçi turnirə bir neçə mahnı hədiyyə edib. Ulduz Şimali Amerikada mundial üçün bir himn də yazıb, artıq bir neçə oyunu azarkeş kimi izləyib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, kolumbiyalı Mərakeşlə oyunda Fransa millisinə azarkeşlik edib.

Şakira ilə birlikdə Kilianın atası Uilfrid Mbappe də tribunada olub.

"Müsyö Mbappe ilə" müğənni Uilfridlə çəkdirdiyi selfinin altında fransız dilində yazıb.  
Məlum olduğu kimi, Şakiranın Kiliana təşəkkür edəcəyi çox şey var. Müğənninin özü izah edib:

"Maraqlı fakt: bilirdinizmi ki, mənim "Dai Dai" (2016-cı il Dünya çempionatının homni)  mahnımın klipində çəkilməyə razılıq verən ilk futbolçu Mbappe olub? Kilian, bunun üçün sənə həmişə minnətdaram. Çox sağ ol!"

Bu gün xüsusidir, bu il musiqimə göstərdiyiniz bütün sevgiyə görə Fransaya və fransızlara təşəkkür etmək istəyirəm. Çox sağ olun! Öpüşlər!"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar