Abşeronda kolbasa sexi bağlandı
05 fevral 2026 10:40 (UTC +04:00)

Abşeronda kolbasa sexi bağlandı

0

Mehdiabadda kolbasa istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a bildirilib ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Ələsgər küçəsi 4 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəfərquluyeva Gülü Ədalət qızına məxsus “Uğurlu Dad” əmtəə nişanlı kolbasa istehsalı müəssisəsində yoxlama keçirib.

Baxış zamanı istehsal müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri  barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar