APA TV-yə platforma yayımçısı lisenziyası verildi
30 noyabr 2022 15:11 (UTC +04:00)

APA TV-yə platforma yayımçısı lisenziyası verildi

Azərbaycan Respublikası Audiovizual Şurası “APA TV”, “Səhiyyə TV”, “Agro TV”, “Vivace” və “ATV+Cinema” kanallarına platforma yayımçısı lisenziyası verib.

Lent.az xəbər verir ki, 30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınması məqsədilə “APAMARK” MMC, “Səhiyyə TV” MMC, “Aqro Televiziya və Radio” MMC və “ATV Plus” MMC tərəfindən Şuraya daxil olmuş müraciətlərə baxılmışdır. Müraciət edən şirkətlər tərəfindən təqdim olunmuş sənədlər və onların məzmunu Şura üzvləri tərəfindən müzakirə olunub.

Geniş müzakirələrdən sonra peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının “APAMARK” MMC-yə (televiziya redaksiyasının adı: “APA TV”), “Səhiyyə TV” MMC-yə (televiziya redaksiyasının adı: “Səhiyyə TV”), “Aqro Televiziya və Radio” MMC-yə (televiziya redaksiyasının adı: “Agro TV”) və “ATV Plus” MMC-yə (televiziya redaksiyalarının adları: “Vivace” və “ATV+Cinema”) verilməsi barədə müvafiq qərarlar qəbul edilib.

# 3723
avatar

Oxşar yazılar