Arıqlamaq üçün özlərini şikəst edənlər – EFFEKTSİZ PƏHRİZLƏR
29 sentyabr 2022 17:24 (UTC +04:00)

Arıqlamaq üçün özlərini şikəst edənlər – EFFEKTSİZ PƏHRİZLƏR

“Burda həyəcan təbili çalmalıyıq. Çünki bu rəqəmdən sonra artıq dərman, idman, pəhriz effekt vermir”.

Bunu Lent.az-a açıqlamasında  Cərrah Tariyel Ömərov deyib. Onun sözlərinə görə piylənmə epidemiya halına gəlib çıxıb:

“Piylənmə dünyada səssiz epidemiya adlanır. Çünki insanlar kökəlir, kökəldikdən sonra isə piylənmə dərəcələrinə çatırlar. Bir müddətdən sonra isə çox ciddi şəkildə piylənmənin yaratdığı geriyə dönməz dəyişikliklər formalaşır. Bu formalaşmadan sonra həmin insanlar normal qidalanaraq, sadəcə gündəlik qidalanma rejiminə əməl edərək bəzən arıqlaya bilirlər. O insanlar fikirləşirlər ki, istədikləri hər şeyi yeyəcəklər, amma arıq qalacaqlar. Bu isə mümkün deyil. Sintetik karbohidratların, yarımsintetik qidaların, yarımfabrikatların bizim süfrəmizə inteqrasiya etməsi çox ciddi problemlər yaradır.  Və nəticədə təbii orqanik qidaların azlığından əziyyət çəkirik. Sonda isə piylənmənin sürətlə artır. Belə olan halda pasientlər mütləq şəkildə sağlam qidalanmalıdırlar. Sağlam qidalana bilməyən insanlar isə daha asan yolla arıqlamağa çalışırlar. Müxtəlif şəkildə bioloji aktiv dərman maddələrindən istifadə edirlər. Amma unutmaq lazım deyil ki, onları piyləndirən səbəb aradan qaldırılmadan piylənməni müalicə etmək mümkün deyil”. 

Cərrahın sözlərinə görə, piylənmə genetik də ola bilər:

“Piylənməyə səbəb isə genetik faktorlar, qidalanma rejimi ola bilər. Mədə kiçiltmə üçün bizə müraciət edən insanların çoxu arıqlama məhsulları, dərmanları və idman, dietayla arıqlaya bilməyənlərdi. Onlar son çarə olaraq əməliyyata müraciət edirlər. Amma bunların başında qidalanma durur. Əgər bir insan sağlam, orqanik qidalanmasına diqqət edərsə, həddindən çox sintetik karbohidratlara üstünlük verməzsə, bu insanlarda piylənmənin əmələ gəlməsi ehtimalı çox azdır. Biz piylənmə ilə köklük arasında da inteqrasiya etməliyik”. 

Həkim çəkimizin normal olub olmadığını necə hesablamağımızdan da danışıb:

“Dünya Səhiyyə Təşkilatı bədən kütlə indeksi formalaşdırıb. Bununla biz indiki çəkimizi boyumuzun kvadratından alınan rəqəmə bölməliyik. Və bu rəqəm 20-25 arasındadırsa, çəkimiz normalıdır. 25-30 arasıdırsa, artıq kökəlməyə meyilliyik. 30-35 arası isə I dərəcə piylənmə hesab olunur. Burda həyəcan təbili çalmalıyıq. Çünki bu rəqəmdən sonra artıq dərman, idman, dieta effekt vermir. Sağlam qidalanarsaq, bu heç vaxt piylənmə olmaz. Sağlam qidalanma: təbiətdə yetişən tərəvəzlər, meyvələr, ət məhsulları (işlənməmiş, konservləşdirilməmiş), saxlama müddəti uzadılmış qidalar və şirniyyat məhsulları (yarımfabrikat qənnadı məhsulları) insanda ciddi şəkildə metabolik sindrom yaradır. Günümüzdə uzun müddətli 8-9 saat iş rejimində, oturaq şəkildə işləyirik. Buna görə də insanlar hərəkət balansını da qorumalıdırlar. Əgər oturaq şəkildə davam edilsə, insanlar qidanı həzm etməz, qidalar orqanizm tərəfindən yandırılmaz”.

Arıqlama məhsullarından danışan həkim onları iki yerə bölündüyünü deyir:

“Bu preparatlar iki qrupa bölünür. Birincisi dünyanın qəbul etdiyi kimyəvi quruluşa malik olanlar. Bunlar daha çox insanların iştahasının azaldılmasına xidmət edir. Bu dərmanlarla arıqladıqdan sonra pəhrizə davam edilməsə, orqanizmdə çox sürətli kökəlmə gedir. Onların da müəyyən yan təsirləri var: müəyyən iş rejimi pozulur, bağırsaqlarda problemlər yaranır, ürəkbulanma, halsızlıq yaradırlar. Bu dərmanlar, məhsullar mütləq endokrinoloq tərəfindən məsləhət görülməlidir. İnsanlar öz istəklərinə uyğun onu qəbul etməsinlər. İkinci preparatlar isə qida əlavələridir. Bunları həkim resepti olmadan da əldə etmək olur. Bura müxtəlif arıqlama çayları, kapsulları və sair daxil etmək olar. Onu da qeyd edim ki, onların bir çoxunun dünyada sınanmış, öz təsdiqini tapmış tədqiqatları yoxdur. Əlavə təsirlər isə ishal, halsızlıq, mədəaltı vəzdə baş verən iltihablı proseslərin yarana bilməsidir”.

Qeyd edək ki, arıqlama məhsullarından istifadə edən insanlar isə onun yan təsiri olub-olmadığını belə öyrənə bilərlər:

- Yan təsirlərin qarşısını almaq üçün bədənin seçilmiş dərmana necə reaksiya verdiyini yoxlayın. Bunu etmək üçün, tableti toz halına gətirin (və ya kapsulun tərkibini tökün), az miqdarda su ilə qarışdırın və yaranan tərkiblə biləyinizi yağlayın. Ertəsi gün dəridə heç bir səpgi və qaşınma yoxdursa, seçilmiş dərmanı və ya pəhriz əlavəsini yemək zamanı bol su ilə için. Bir gündən sonra buna allergik reaksiya olmadıqda, kilo vermə kursuna başlaya bilərsiniz.

# 2274
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

Azərbaycanda COVID-19-a daha neçə nəfər yoluxub?

Azərbaycanda COVID-19-a daha neçə nəfər yoluxub?

27 noyabr 2022 , 17:48
Qadınların  10 yaşlı oğlanlarla   evləndiyi tayfa

Qadınların 10 yaşlı oğlanlarla evləndiyi tayfa

27 noyabr 2022 , 14:53
Sabah bu insanlar üçün problem yarana bilər

Sabah bu insanlar üçün problem yarana bilər

27 noyabr 2022 , 14:24
Sabah bu rayonlarda qar yağacaq - PROQNOZ

Sabah bu rayonlarda qar yağacaq - PROQNOZ

27 noyabr 2022 , 12:47
Azərbaycanın bu ərazisinə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanın bu ərazisinə qar yağıb - FAKTİKİ HAVA

27 noyabr 2022 , 11:10
Yağış, qar yağacaq  - sabahın havası

Yağış, qar yağacaq - sabahın havası

26 noyabr 2022 , 12:25
Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

26 noyabr 2022 , 12:19
“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

25 noyabr 2022 , 23:07