Azərbaycan üçün Türkiyə və Misir nümunəsi:  Bayramı evdə keçirək!
04 may 2021 17:00 (UTC +04:00)

Azərbaycan üçün Türkiyə və Misir nümunəsi: Bayramı evdə keçirək!

Xüsusi karantin rejimi dövründə kütləvi dini mərasimlər müvəqqəti olaraq keçirilməməli və iftar hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmalıdır. Bütün dünyada müsəlmanların qadağalara əməl etməsi xüsusi diqqətdə saxlanılır. Koronavirusun daha da geniş yayılmaması məqsədi ilə Ramazan ayında Türkiyədə sərt karantin rejimi tətbiq olunur, habelə Misirdə xeyriyyə məclisləri, Dağıstanda isə məscidlərə getmək qadağan olunub.

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusla bağlı vəziyyətlə əlaqədar 29 aprel saat 19:00-dan 17 may saat 05:00-a qədər ölkədə tam lokdaun olacağını elan edib. DİN-in istisna kimi fərqləndirdiyi yerlərdən başqa, bütün təşkilatlar və qurumlar fəaliyyətlərini dayandıracaq.

Şəhərlərarası səyahətə yalnız səlahiyyətlilərdən icazə alındıqdan sonra icazə veriləcək.

Qeyd olunur ki, lokdaun zamanı ərzaq mağazaları, bazarlar bazar ertəsindən şənbə gününə qədər 10:00-dan 17:00-dək açıq olacaq. Vətəndaşlar alış-verişə yalnız piyada gedə bilərlər. Növbətçi apteklər işləyəcək. Kafe və restoranlar yalnız “take-away” və çatdırılma ilə işləyəcək. Hotellərin restoranları yalnız orada qalan insanlara xidmət edəcək.

Azərbaycanda da iaşə obyektlərində iftar məclislərinin təşkili, nəticədə kafe və restoranlarda sıxlıq yaranması pandemiya ilə əlaqədar təhlükəsizlik qaydalarına zidd hesab edilir. Çünki bu, ağır fəsadlara, yəni yoluxma sayının kəskin artmasına səbəb ola bilər. Xüsusi karantin rejimi dövründə kütləvi dini mərasimlər müvəqqəti olaraq keçirilməməli və iftar hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmalıdır.

Qafqaz Müsəlmanları İdarəsi yoluxmaların artma təhlükəsinə görə ibadət edənləri və oruc tutanları diqqətli olmağa çağırır.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı aprelin 14-dən başlayıb. Mayın 13-də isə ölkədə Ramazan bayramı qeyd olunacaq.

# 1677
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar

TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14