Azərbaycanda bir gündə 353 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib
06 mart 2021 17:20 (UTC +04:00)

Azərbaycanda bir gündə 353 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 353 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 236 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 591 nəfər müalicə olunaraq sağalıb, 3 238 nəfər vəfat edib, aktiv xəstə sayı 3 536 nəfərdir.

# 2247
avatar

Nigar Adil

Oxşar yazılar