Azərbaycanda  koronavirusa yoluxma sayı   30-u keçdi
25 iyun 2022 16:44 (UTC +04:00)

Azərbaycanda koronavirusa yoluxma sayı 30-u keçdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 140 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 267 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 156 nəfərdir.

Ölkədə son sutka ərzində 2 371, hazırkı dövrədək isə 6 952 119 test aparılıb.

.

# 1968
avatar

Oxşar yazılar