Azərbaycanın ilk xanım  deputatının kitabı hərraca çıxarıldı
28 aprel 2026 13:36 (UTC +04:00)

Azərbaycanın ilk xanım deputatının kitabı hərraca çıxarıldı

0

Azərbaycanın ilk xanım deputatının əsəri hərraca çıxarılıb.

Lent.az xəbər verir ki, söhbət Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yeganə qadın əməkdaşı Şəfiqə Xanım Əfəndizadədən gedir.

Məlumata görə, onun "İki yetim yaxud Kərimin Himməti" əsəri auksion yolu ilə satılıb. Kitabın başlanğıc qiyməti 5 manat təşkil edib və hər pilləli artım da minimum 5 manat olub. Beləliklə izləyicilərdən biri qalib olaraq 45 manata sözügedən kitabı alıb.

54 səhifəlik kitab 1915-ci ildə Bakıda İsa bəy Aşurbəylinin "Kaspi" mətbəəsində Əski Azərbaycan yazısı ilə çap olunub.

Qeyd edək ki, Şəfiqə Xanım Əfəndizadə həmçinin ilk azərbaycanlı xanım jurnalist və ana dili müəllimi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar