Türkiyə ŞOKDA:  kişi azərbaycanlı qadını öldürüb intihar etdi
28 aprel 2026 11:00 (UTC +04:00)

Türkiyə ŞOKDA: kişi azərbaycanlı qadını öldürüb intihar etdi

0

Türkiyədə azərbaycanlı qadın və yerli sakin olan kişinin meyitləri tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İğdır rayonunun Bağlar məhəlləsində qeydə alınıb.

Silah səslərini eşidən sakinlər bu barədə dərhal polisə xəbər veriblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları binanın 3-cü mərtəbəsində bir qadın və kişinin silahla vurulmuş meyitlərini aşkar edib.

Məlum olub ki, ölənlər azərbaycanlı Maisə Bayramova və Ali Mamakdır.

İlkin ehtimala görə, 37 yaşlı Ali Mamak əvvəlcə 40 yaşlı Maisə Bayramovanı öldürüb. Sonra həmin silahla özünə də atəş açaraq intihar edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 680

Oxşar yazılar