Gəncədə bıçaq xəsarəti alan kişi ölüb.
Lent.az xəbər verir ki, şəhər sakini, 1956-cı il təvəllüdlü Gəray Həmid oğlu Məmmədov sinə nahiyəsindən almış olduğu bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq G.Məmmədov orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.