® "Azercell" və ADA Universiteti tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir
03 dekabr 2022 12:44 (UTC +04:00)

®"Azercell" və ADA Universiteti tərəfdaşlıq münasibətlərinin 10 illiyini qeyd edir

Yeni əməkdaşlıq müqaviləsi çərçivəsində ölkənin lider mobil operatoru və ADA Universiteti dayanıqlı İnformasiya və Kommunikasiya texnologiyaları ekosisteminin yaradılmasına töhfə verməyə davam edəcəklər.

 Dekabr ayının 2-i ADA Universitetində baş tutan tədbirdə hər iki təşkilatın nümayəndələri ali təhsil müəssisələri ilə biznes arasında tərəfdaşlığın vacibliyini vurğuladı və bu cür əməkdaşlıqların geniş əhatə dairəsini müzakirə etdi.

 Qeyd edək ki, 10 il davam edən əməkdaşlıq çərçivəsində, "Azercell" ADA Universitetində informasiya texnologiyaları və mühəndislik sahələri üzrə bakalavr təhsili alan tələbələr üçün təqaüdlər ayırıb, təlimlər təşkil edib və şirkətdə təcrübə keçmək imkanı yaradıb. Bununla yanaşı, "Azercell" ADA Universitetinin İKT və sahibkarlıq sahələrində qadınların rolunun gücləndirilməsi istiqamətində təşkil etdiyi layihələrə də öz dəstəyini göstərib.  

 ADA Universiteti ilə növbəti əməkdaşlıq müqaviləsinə imza atan "Azercell", Azərbaycanda yeni İKT mütəxəssisləri nəslinin akademik və peşəkar inkişafına töhfə verməyə hazır olduğunu bəyan edib. Həmçinin mobil operator universitet nəzdində İT həllərinin hazırlanması və texnoloji araşdırılmaların aparılması üçün lazımi şərtlərin yaradılmasına da köməklik göstərəcək.

 Təhsilin tərəqqi və innovasiyanın əsas qayəsi olduğunu diqqət mərkəzində saxlayan Azercell bu istiqamətdə görülən işlərə dəstək olmağa davam edəcək.

# 1119
avatar

Oxşar yazılar

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün, nələr öyrənirlər? - VİDEO

Azərbaycanlı uşaqlar Londondakı məktəbdə görün, nələr öyrənirlər? - VİDEO

4 fevral 2023 , 17:07
"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

"Azəriqaz"ın "Açıq mikrofon" aksiyaları davam edir

4 fevral 2023 , 16:22
Sabah Bakıda yağış yağacaq, duman olacaq - PROQNOZ

Sabah Bakıda yağış yağacaq, duman olacaq - PROQNOZ

4 fevral 2023 , 12:13
Alıcıların DİQQƏTİNƏ!   Bu halda mağazadan əlavə pul ala bilərsiniz

Alıcıların DİQQƏTİNƏ! Bu halda mağazadan əlavə pul ala bilərsiniz

3 fevral 2023 , 18:51
Buraxılış imtahanından 683 şagird AZAD EDİLİB

Buraxılış imtahanından 683 şagird AZAD EDİLİB

3 fevral 2023 , 17:00
Azərbaycanda uşaqlar arasında DONUZ QRİPİ  yayılır? – HƏKİM AÇIQLADI

Azərbaycanda uşaqlar arasında DONUZ QRİPİ yayılır? – HƏKİM AÇIQLADI

3 fevral 2023 , 16:57
Heydər Əliyev prospektində şəhər istiqamətinə hərəkət dayandırılır

Heydər Əliyev prospektində şəhər istiqamətinə hərəkət dayandırılır

3 fevral 2023 , 16:50
Virusa görə boş qalan sinif otaqları – RƏSMİ AÇIQLAMA

Virusa görə boş qalan sinif otaqları – RƏSMİ AÇIQLAMA

3 fevral 2023 , 16:00