"Azəriqaz"ın növbəti "Açıq mikrafon"  aksiyası bu tarixdə OLACAQ
28 mart 2022 15:33 (UTC +04:00)

"Azəriqaz"ın növbəti "Açıq mikrafon" aksiyası bu tarixdə OLACAQ

0

Sahibkarlarla növbəti görüş Sumqayıt şəhərində keçiriləcək. 

“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. 

Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Sumqayıt şəhərində təşkil olunacaq. 

“Azəriqaz” İB-nin rəhbər şəxsləri Sumqayıt şəhəri, H.Əliyev prospekti, 44-cü məhəllə ünvanında (“Kimyaçı” Mədəniyyət Sarayı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. 

“Səyyar qəbul otağı” martın 30-da saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1743

Oxşar yazılar