“Azərişıq”  Ağdamın 8 kəndində yenidənqurma işlərinə start verib-VİDEO
16 mart 2021 11:53 (UTC +04:00)

“Azərişıq” Ağdamın 8 kəndində yenidənqurma işlərinə start verib-VİDEO

“Azərişıq Qarabağda” layihəsi çərçivəsində Ağdam rayonun Əfətli  kənd   ərazi nümayəndəliyinə daxil olan 8 kənddə yenidənqurma işlərinə start verilib.

“Azərişıq” ASC Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müharibənin gedişində bu kəndlər erməni atəşinə məruz qalan zaman elektrik eneji təsərüffatına ciddi ziyan dəymişdi. Ermənilərin atdığı çoxsaylı mərmilər bir çox yerdə xətt və dayaqları yararsız hala salıb. 

İlkin mərhələdə 3 kənddə elektrik xətləri, dayaqlar, transformator məntəqələri və sayğaclar tamamilə yenilənir. Əraziyə kifayət qədər mal materal göndərilib.

1200-dək abonetin yaşadığı Hacıməmmədli,  Məmmədbağırlı və Əfətli kəndində işlərin yekunlaşması bir aya nəzərdə tutulub. Kəndlər yeni tikilmiş 35/10 kv-luq Əfətli y/st-dan qidalanır.

Onu da qeyd edə ki, Prezident İlham Əlyevin fərmanına uyğun olaraq işğaldan azad olunan Cəbrayı, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Aşdam rayonu ərazilərində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar elektrik enerjisi ilə təmin edilib. Suqovuşan qəsəbəsinə isə Tərtərdən yeni 35 kV-luq xəttin çəkiliş işləri davam edir.

 

"Azərişıq" ASC Ağdam rayonunun 8 kəndində yenidənqurma işlərinə başlayıb

# 1527
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar