Bağlanan fransız liseyinin uşaqları harda oxuyacaq? - YENİLƏNİB
19 aprel 2024 15:33 (UTC +04:00)

Bağlanan fransız liseyinin uşaqları harda oxuyacaq? - YENİLƏNİB

Özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır. Ancaq cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək. 

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (https://sy.edu.az/login) təmin edilə bilər. Əlavə sualı olan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (https://bakimektebleri.edu.az/) haqqında məlumat ala bilərlər. 

Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər.

***

14:39

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə valideynlərə məktub göndərilib.

Məktəb Administrasiyasından APA-ya faktı təsdiq ediblər. Bildirilib ki, liseyin fəaliyyətini dayandırmasının səbəbi kommersiya problemləridir.

# 2838
avatar

Fidan İlqar

Oxşar yazılar