Bakı-İstanbul-Bakı reysləri LƏĞV OLUNDU  - SƏBƏB
10 mart 2022 10:50 (UTC +04:00)

Bakı-İstanbul-Bakı reysləri LƏĞV OLUNDU - SƏBƏB

“Türk Hava Yolları"nın Bakıdan İstanbula və əks istiqamətdə planlaşdırılan aviareyslər ləğv olunub. 

Lent.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə “Türk Hava Yolları" məlumat yayıb:  

“İstanbulda gözlənilən qar səbəbi ilə bu gün üçün nəzərdə tutulan İstanbul TK332, Bakı TK333 reyslərimiz ləğv edilib”. 

Bildirilir ki, sərnişinlər qaydalara əsasən, biletləri dəyişə və ya qaytara bilər. 
 

# 14853
avatar

Sevinc Fərid

Oxşar yazılar