Bakı Psixologiya Mərkəzi korporativ əməkdaşlığını genişləndirir
01 oktyabr 2025 11:01 (UTC +04:00)

Bakı Psixologiya Mərkəzi korporativ əməkdaşlığını genişləndirir

0

Bakı Psixologiya Mərkəzi korporativ əməkdaşlığını genişləndirir.

Bakı Psixologiya Mərkəzi fərdi konsultasiya və psixoterapiya, uşaq və yeniyetmə terapiyası, psixoloji qiymətləndirmə və psixoloji diaqnostika, ailə və cütlük terapiyası, karyera konsultasiyası, qrup terapiyaları, korporativ konsultasiya və onlayn terapiya xidmətlərini təklif edir.

Eyni zamanda, Bakı Psixologiya Mərkəzi tərəfindən korporavit konsultasiya çərçivəsində korporativ superviziya, işə qəbul prosesində konsultasiya, liderlər və personal üçün təlimlər, komanda işinin təşkili, təşkilatda psixososial ehtiyaclar, iş mühitində stress vəziyyəti, psixi sağlamlıq xidmətləri aparılır.

Bundan başqa, iş yerində rifah layihəsi üzrə biopsixososial model əsaslı rifah proqramı, psixososial dəstək bacarıqlarının gücləndirilməsi proqramı, fərdi psixoloji konsultasiya da Mərkəzin göstərdiyi xidmətlər sırasındadır.

Qeyd edək ki, korperativ əməkdaşlıq çərçivəsində Bakı Psixologiya Mərkəzi ilə Dərs Evi arasında qarşılıqlı əməkdaşlığa dair rəsmi müqavilə imzalanıb. Müqavilə çərçivəsində mərkəzin peşəkar psixoloqları Dərs Evinin şagirdləri və valideynləri üçün fərdi və qrup formatında psixoloji dəstək proqramlarının, eləcə də müxtəlif təlim və seminarların təşkilini həyata keçirəcəklər. Əməkdaşlıq çərçivəsində həmçinin Dərs Evinin müəllim və idarəetmə komandası üçün peşəkar inkişaf, iş mühitində psixoloji rifah və kommunikasiya bacarıqlarının artırılmasına yönəlmiş xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq sayəsində Dərs Evinin komandası, şagirdləri və valideynləri üçün psixoloji seanslarda xüsusi endirimli qiymətlər tətbiq ediləcək.

“Dərs Evi” və “Bakı Psixologiya Mərkəzi” arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO “Dərs Evi” və “Bakı Psixologiya Mərkəzi” arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO “Dərs Evi” və “Bakı Psixologiya Mərkəzi” arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO “Dərs Evi” və “Bakı Psixologiya Mərkəzi” arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar