Bakıda 50 manat verməyən şagirdlər dərsə buraxılmır?  - "Araşdırma başladı"
07 oktyabr 2021 11:27 (UTC +04:00)

Bakıda 50 manat verməyən şagirdlər dərsə buraxılmır? - "Araşdırma başladı"

4

Paytaxtdakı Texniki-Humanitar Liseyində şagirdlərdən 50 manatdan pul yığılması ilə bağlı iddia yayılıb. 

Lent.az "oxu.az"a istinadla xəbər verir ki, valideynlərdən əldə edilən məlumata görə, direktor Kəmalə Mirzoyeva hər ay 50 manat gətirməyəcək şagirdin məktəbə buraxılmayacağı barədə xəbərdarlıq edib. 

Pulun hansı məqsədlə yığıldığı bilinmir. 

Məsələ ilə bağlı Lent.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, Texniki-Humanitar Liseydə sözügedən məsələ ilə bağlı müvafiq araşdırma aparılır:

“Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
4
# 8108

Oxşar yazılar