Kəndlilərdən pul yığan  kriminal avtoritetlər   saxlanıldı
02 iyul 2026 19:33 (UTC +04:00)

Kəndlilərdən pul yığan kriminal avtoritetlər saxlanıldı

0

Tula vilayətində kəndlilərdən pul qoparan bir qrup kriminal avtoritet həbs edilib.

Lent.az xarici mediaya istinadən bildirir ki, müstəntiqlərin sözlərinə görə, 2024-cü ilin payızında cinayətkar dəstə həmkəndlisini əsassız olaraq narkotik yaymaqda günahlandırıb. Onlar onun maşınını saxlayıb, qaçırıb meşəyə aparıblar və orada onu öldürməklə hədələyərək 100.000 rubl (1300 dollara yaxın) tələb ediblər.

Qorxmuş kişi borc pul götürüb onu qəsbkarların kartına köçürüb. Qazanclarından məmnun qalan cinayətkarlar daha sonra həmin şəxsin dostundan pul tələb etməyə başlayıblar və dostu 50.000 rubl (640 dollara yaxın) verməyə məcbur olub.

Məlum olub ki, 2025 və 2026-cı illərdə daha iki yerli sakin şantaj edilib. Kənd cinayətkarları onlar haqqında zərərli məlumatlar yaymaqla hədələyiblər. Sirrin saxlanması 1.450.000 rubla başa gəlib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar