Arvadını kök  olduğuna görə öldürdü
02 iyul 2026 18:54 (UTC +04:00)

Arvadını kök olduğuna görə öldürdü

0

Hindistanda bir kişi həyat yoldaşını artıq çəkisi və övlad sahibi ola bilmədiyi üçün qətlə yetirib. 

Lent.az xarici mediaya istinadən bildirir ki, hadisə Hindistanın Dharvad dairəsinin Xanasi kəndində baş verib. Basavarac Vaddar və Priyanka Kamalakar 2024-cü ildə ailə qurublar. İlk vaxtlar onların münasibətlərində problem olmasa da, sonradan ailədaxili münaqişələr başlayıb.

Məlumata görə, ər və onun ailəsi qadından əlavə cehiz tələb edirmiş. Bundan başqa, Vaddar həyat yoldaşını artıq çəkisinə görə daim alçaldır, onu təhqir edir və "çox köksən, nə hamilə qala, nə də uşaq dünyaya gətirə bilərsən" deyərək psixoloji təzyiq göstərirmiş.

İstintaqın versiyasına görə, növbəti mübahisə zamanı kişi həyat yoldaşına hücum edərək onu boğub.

Qadının ailəsi onunla əlaqə saxlaya bilmədikdən sonra polisə müraciət edib. Hazırda Basavarac Vaddar və cinayətdə iştirak etdikləri ehtimal edilən daha üç nəfər saxlanılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar