Bakıda bu küçələr iki gün BAĞLI OLACAQ
19 sentyabr 2025 13:57 (UTC +04:00)

Bakıda bu küçələr iki gün BAĞLI OLACAQ

0

Sentyabrın 20-si saat 08:00-dan 21 sentyabr 2025-ci il saat 22:00-dək Bakının Yasamal rayonunda bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

AAYDA-dan Lent.az-a verilən xəbərə görə, yolların bağlanması təmir işləri əlaqədardır.

Həmin yollar aşağıdakılardır:

1. Cəfər Cabbarlı küçəsində – A.A.Bakıxanov küçəsindən B.Bağırova küçəsinədək olan hissədə;

2. Xarici Dairəvi avtomobil yolunun yan yolunda – Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissədə.

Sürücülərdən və vətəndaşlardan göstərilən tarix və saatlarda qeyd olunan yol sahələrindən istifadə etməmələri və hərəkətlərini alternativ marşrutlar üzrə planlaşdırmaları xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar