Bakıda daha iki  peyvənd məntəqəsi  yaradıldı 
25 avqust 2021 13:15 (UTC +04:00)

Bakıda daha iki peyvənd məntəqəsi yaradıldı 

0

Peyvəndləmə ilə bağlı Nərimanov və Xətai rayon əraziləri üzrə şəhər poliklinikalarında yaranan sıxlığı aradan qaldırmaq məqsədilə əlavə peyvənd məntəqələrinin fəaliyyətinə zərurət yaranıb. 

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə Xətai rayonunun 8 nömrəli Uşaq Poliklinikası və Nərimanov rayonunun 7 nömrəli Uşaq Poliklinikası peyvəndləmə prosesinə cəlb edilib. 

Qeyd edək ki, adı çəkilən məntəqələrdə peyvənd olunmaq üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə  onlayn qaydada növbə götürə bilərlər. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2909

Oxşar yazılar