Bakını toz bürüdü
25 avqust 2025 09:10 (UTC +04:00)

Bakını toz bürüdü

Havada toz müşahidə olunur.

Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.  

Hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır. Bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq  istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 834

Oxşar yazılar