Bakının bu istiqamətlərinə avtobuslar pulsuz işləyəcək
08 noyabr 2024 16:14 (UTC +04:00)

Bakının bu istiqamətlərinə avtobuslar pulsuz işləyəcək

COP29 tədbiri ərzində Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisindən paytaxtın 2 istiqamətində ödənişsiz ekspres xətlər fəaliyyət göstərəcək. 

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, H1 ekspres xətti üzrə avtobuslar “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə, H2 ekspres xətti üzrə avtobuslar isə “Əhmədli” metrostansiyasına hərəkət edəcək. 

Sözügedən marşrutlar noyabr 10-dan fəaliyyətə başlayacaq və ödənişsiz şəkildə sərnişinlərə xidmət göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17220
avatar

Oxşar yazılar