Bəzi marketlərdə yumurta niyə yoxa çıxıb?  - AÇIQLAMA
20 noyabr 2025 17:00 (UTC +04:00)

Bəzi marketlərdə yumurta niyə yoxa çıxıb? - AÇIQLAMA

0

Bakının bir sıra kəndlərində yaşayan sakinlər məhlə marketlərindən və bazarlardan yumurta tapa bilmədiklərini, həmçinin qiymətlərin də kəskin artdığını söyləyirlər. Həmçinin yayılan məlumatlara görə, yumurtanın qiyməti 5-15 qəpik arası bahalaşıb.

Bəs görəsən, ölkədə həqiqətən də, yumurta qıtlığı varmı? Qiymətlər niyə artıb?

Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli Lent.az-a açıqlamasında bildirib ki, bazarlarda yumurta qıtlığı ilə bağlı iddialar əsassızdır:

"Bazarlarda hazırda yumurta qıtlığı yoxdur, amma gələcəkdə olması gözləniləndir. Qiymətlər ötən ilin müvafiq dövrü ilə demək olar ki, eynidir. Keçən il sənaye üsulu ilə istehsal olunan yumurta 16-18 , bu il isə 17-19 qəpik arasındadır  Kənd yumurtalarına gəlincə, onların qiyməti həmişə yüksək olub. Xüsusən qış aylarında bahalığın səbəbi quşların saxlanma yeri, istilik məsələləri ilə bağlıdır. Hava şəraiti toyuqların yumurtlamasına birbaşa təsir edən amillərdəndir.

Həmçinin qeyd edim ki, ötən ilə nisbətən indi yumurtaya olan tələbat artıb. O zaman gündəlik 3,6-4 milyon yumurta istifadə olunurdusa, hazırda bu rəqəm 4,8 milyona qədər artıb. İstehsal həcmimiz 5-5,2 milyon civarındadır. Hazırda yumurta ilə bağlı çətinliyimiz yoxdur".

Azad İstehsalçılar Birliyinin sədri, iqtisadçı Eyyub Hüseynov Lent.az-a açıqlamasında isə bildirib ki, bu aylarda toyuqların yumurtlaması azalır:

"Nar mövsümündə həmişə fərdi təsərrüfatlarda toyuqların yumurtlaması kəsilir. Belə məqamda vəziyyət o həddə çatır ki, fərdi təsərrüfat sahibləri belə, broyler fabrikalarında yetişdirilən yumurtaları alırlar. Tələbat artdığı üçün qiymətlər qalxıb". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar