Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kiloqram ət aşkarlanıb.
Lent.az-a AQTA-dan bildirilib ki, baxış zamanı məhsulun müvafiq müşayiətedici sənədləri və mənşəyi məlum olmayan at əti olduğu müəyyən edilib.
At ətini Biləsuvar rayon sakini Əzizov Məlik Sabir oğlunun qanunsuz kəsdiyi, Kərimli Əmrah İslam oğlunun isə 10 XP 977 dövlət qeydiyyat nişanlı Nissan markalı avtomobillə Bakı şəhərinə aparmağı planlaşdırdığı məlum olub. Yararsız ət saxlanca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Fakt üzrə araşdırmalar davam etdirilir.