Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz qiyməti
13 aprel 2026 18:13 (UTC +04:00)

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz qiyməti

0

Ajda Pekkanın son konsertində geyindiyi və təxminən 5 min dollar dəyərində olan səhnə gödəkçəsi şou-biznes gündəminin əsas mövzusuna çevrilib.

Lent.az Türkiyə mediasına istinadla xəbər veri ki, həmişə tərzi ilə fərqlənən "Superstar"ın son obrazının pərdəarxası məqamları məlum olub.

Modelyer Burcu Sedefin verdiyi məlumata görə, xüsusi daşlarla bəzədilmiş və ağır əl işçiliyi tələb edən bu dizaynın qiyməti dəqiq olaraq 5 min dollardır.

Dizaynın tamamlanması təxminən 1,5 ay vaxt aparıb və bu yüksək qiymət həm istifadə olunan bahalı daşlar, həm də uzunmüddətli əmək sərfi ilə əlaqələndirilir.

Ajda Pekkanla yanaşı, Hadisə kimi bir çox ulduzun da geyimlərini hazırlayan Burcu Sedefin imzasını daşıyan bu geyim səhnə stilində növbəti dəfə fərq yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar