Dünya çempionatında İranı İtaliya əvəz edə bilər
13 aprel 2026 14:47 (UTC +04:00)

Dünya çempionatında İranı İtaliya əvəz edə bilər

0

2026-cı il Dünya çempionatına vəsiqə qazanmaq şansını itirən İtaliya millisi hələ də buna nail ola bilər.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, İran turnirdən birdəfəlik imtina edərsə, bu fürsət yaranacaq. 

İran 2025-ci ilin mart ayında 2026-cı il Dünya çempionatına vəsiqə qazanaraq qarşıdakı turnirdə yer qazanan ilk komandalardan biri olub. ABŞ və İsrailin fevralın sonlarında İrana qarşı başlatdığı hərbi əməliyyat səbəbindən İranın turnirdə iştirakı hazırda şübhə altındadır.

Digər məlumata görə, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) boş qalan yeri doldurmaq üçün xüsusi qitələrarası pley-off ssenarisi hazırlayır. Mini-turnirdə Asiyadan iki və Avropadan iki komandanın iştirakı planlaşdırılır. Bu oyunun qalibi Dünya çempionatına vəsiqə qazanacaq.

Əgər belə bir seçmə mərhələ baş tutarsa, İtaliya Avropa zonasından əsas favorit hesab olunur.

Həlledici amil italyanların FİFA reytinqindəki yüksək mövqeyi olacaq ki, bu da onların pley-offda iştirakını praktik olaraq təmin edəcək.

Xatırladaq ki, martın 31-də İtaliya millisi 2026-cı il Dünya çempionatına vəsiqə qazana bilmədi və həlledici Avropa seçmə pley-off oynunda Bosniya və Herseqovinaya (1-1, 1-4) şok məğlubiyyətlə üzləşib.

İtalyanlar ardıcıl üçüncü Dünya çempionatını buraxa bilərlər; onların sonuncu çıxışı 2014-cü ildə Braziliyada keçirilən Dünya çempionatında olub və orada İngiltərə, Uruqvay və Kosta-Rikanın yer aldığı qrupdan çıxa bilməyiblər.

2026-cı il Dünya çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Turnir 11 iyun - 19 iyul tarixləri arasında baş tutacaq və ilk dəfə 48 milli komandanın iştirakı ilə keçiriləcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 245

Oxşar yazılar