Orxan Səttarov
13 aprel 2026 17:45 (UTC +04:00)

Orxan Səttarov

Prezidentin yeni mətbuat katibi Orxan Səttarov kimdir? - BİOQRAFİYA

0

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Rəcəb oğlu Səttarovun Azərbaycan Prezidentinin mətbuat katibi təyin edilməsi barədə xəbər vermişdik. 

Lent.az Orxan Səttarovun qısa bioqrafiyasını təqdim edir: 

Orxan Səttarov harada anadan olub? 

Orxan Səttarov Bakı şəhərində anadan olub. 

Orxan Səttarov hansı vəzifələrdə çalışıb? 

Orxan Səttarov 2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında çalışıb.

O, Prezidentinin Administrasiyasında Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri işləyib.

Orxan Səttarov son təyinata qədər hansı postu tutub? 

Orxan Səttarov son təyinata qədər Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsini daşıyıb.

Orxan Səttarov mediada çalışıbmı?

Orxan Səttarovun peşəkar karyerasının mühüm hissəsi media ilə bağlıdır. O, ölkənin daxili və xarici siyasəti, iqtisadi inkişafı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı məqalə və təhlillərin müəllifi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 500

Oxşar yazılar