Bacısının keçmiş ərini yandırıb öldürənə  16 il cəza verildi
13 aprel 2026 17:17 (UTC +04:00)

Bacısının keçmiş ərini yandırıb öldürənə 16 il cəza verildi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəmə hökm oxuyub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi Məhərrəm Hüseynzadənin 16 il azadlıqdan məhrum edildiyini elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən Məhərrəm Hüseynzadənin 18 il azadlıqdan məhrum edilməsini məhkəmədən istəmişdi.

Xatırladaq ki, Məhərrəm Hüseynzadə 2025-ci il may ayının 29-u, gecə saat 1 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları Nizami rayonu, Fərzəliyev küçəsi 2 ünvanında olan zaman, bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş halda ora gələrək, səs-küy yaradıb.

Bina sakinlərini narahat etməməsi üçün Məhərrəm onu oradan uzaqlaşdırmaq məqsədi ilə BMW markalı avtomobilə əyləşdirib. Yolda aralarında yaranmış mübahisə zamanı, Zəhmət Əhmədovun söyüşlərindən hiddətlənərək maşını yanacaq doldurma məntəqəsinə sürüb. 1 litrlik plastik qaba yanacaq dolduran Məhərrəm Hüseynzadə onu Zəhmət Əhmədovun üzərinə töküb və od vurub.

Zərərçəkən bir gündən sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib. Məhərrrəm Hüseynzadə həbs olunub, ona qarşı CM-nin 120.2.4. (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar