Bu gündən V-XI siniflərdə  və ali məktəblərdə  dərslər başlayır
29 sentyabr 2021 01:20 (UTC +04:00)

Bu gündən V-XI siniflərdəali məktəblərdə dərslər başlayır

0

Bu gündən Azərbaycanın bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa edilir.

Lent.az-ın məlumatına görə, sentyabrın 22-dən ümumi təhsil müəssisələrinin I-IV sinifləri ənənəvi tədrisə başlayb. Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblər üzrə 471 661 şagird təhsil alacaq.

Hazırda respublikada 4435 məktəb fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1675

Oxşar yazılar