Bu müəllimlər sertifikasiya imtahanında iştirak etməyəcək-RƏSMİ
18 iyun 2023 17:52 (UTC +04:00)

Bu müəllimlər sertifikasiya imtahanında iştirak etməyəcək-RƏSMİ

​Elm və Təhsil Nazirliyi tərəfindən 15.09.2023 tarixinə qədər 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, buna müvafiq olaraq sözügedən təhsilverənlərin 20-24 iyun tarixlərində keçiriləcək test imtahanlarında iştirakı nəzərdə tutulmur.

Qeyd edilib ki, yaşı 60 və 60-dan yuxarı olan təhsilverənlərin qanunvericiliyin tələblərinə müvafiq olaraq sertifikatlaşdırma prosesində iştirakı ilə bağlı yaxın müddətdə ətraflı məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5203

Oxşar yazılar