Bu şəhərin  suyu kəsiləcək
24 noyabr 2023 18:16 (UTC +04:00)

Bu şəhərin suyu kəsiləcək

Kürdəmir şəhərinə və magistral xətdən su alan kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Lent.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, məhdudiyyətlərə səbəb Külüllü-Kürdəmir magistral su kəmərində aparılan təmir-bərpa işləridir.

Bildirilib ki, məhdudiyyətlər təmir işləri yekunlaşana qədər davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5532
avatar

Oxşar yazılar