Koronavirus statistikası:  3469 nəfər yoluxdu,  1229 nəfər sağaldı,  30 nəfər öldü
25 noyabr 2020 18:25 (UTC +04:00)

Koronavirus statistikası: 3469 nəfər yoluxdu, 1229 nəfər sağaldı, 30 nəfər öldü

0

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2005

Oxşar yazılar