Daha 22 ailə Laçına yola salındı-YENİLƏNİB
14 iyun 2023 07:47 (UTC +04:00)

Daha 22 ailə Laçına yola salındı-YENİLƏNİB

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir.

Lent.az xəbər verir ki, bu növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb.

Daha 22 ailə - 72 nəfər dogma yurda dönüşün sevincini yaşayıb.

Köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilib. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayоn İcra Haкimiyyətinin rəsmiləri işitirak ediblər.

Xatırladaq ki, bundan əvvəl Laçın şəhərinə 20 ailə, yəni 97 nəfər köçürülüb.

*** 

07.05

Bu gün Laçın şəhərinə növbəti köç başlayır.

Lent.az xəbər verir ki, daha 22 ailə (72 nəfər) doğma yurduna geri dönür.

Köç saat 07:00-da Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınır.

Xatırladaq ki, mayın 27-də Laçın şəhərinə ilk olaraq 20 ailə (97 nəfər) köçürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3781

Oxşar yazılar