DİQQƏT!   Faciənin ildönümündə bu yollar BAĞLI OLACAQ
24 fevral 2023 13:35 (UTC +04:00)

DİQQƏT! Faciənin ildönümündə bu yollar BAĞLI OLACAQ

Hər il olduğu kimi Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi önündə anım tədbiri keçiriləcək.

Maraqlıdır, görəsən fevralın 26-da faciənin ildönümü ilə əlaqədar hansı yollar bağlı olacaq?

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Lent.az-a açıqlamasında bildirib ki, Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirdə təhlükəsizliyin təmin edilməsi məqsədilə saat 08:00-dan tədbir bitənədək Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək:

"Avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin ölkə əhəmiyyətli olduğunu nəzərə alıb qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edirik. Anım mərasimində iştirak etmək istəyənlərdən ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3330

Oxşar yazılar

Güclü külək XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

13 may 2025 , 16:31
Ən zərərli   süd məhsulu AÇIQLANDI

Ən zərərli süd məhsulu AÇIQLANDI

13 may 2025 , 16:21
Bank kartı fırıldaqları:  Aldanılmamaq üçün nə etməli?

Bank kartı fırıldaqları: Aldanılmamaq üçün nə etməli?

13 may 2025 , 16:07
Magistratura imtahanının nəticələri

Magistratura imtahanının nəticələri

13 may 2025 , 15:49
Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı

Azərbaycanda 5 pensiyaçıdan biri işləyir - Çoxu qadındı

13 may 2025 , 14:26
Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"

Pişiklərin müalicə problemi - Qiymətlər "əl yandırır"

13 may 2025 , 13:44
Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR”  -VİDEO

Gölü qurudub əhaliyə satıblar – Lökbatan “BATIR” -VİDEO

13 may 2025 , 13:16
MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ

MÜTDA-dan "Son zəng"lə bağlı XƏBƏRDARLIQ

13 may 2025 , 13:08