Döyülən gəlinlə qayınanasının ifadələrində ziddiyyət var - RƏSMİ AÇIQLAMA
28 aprel 2021 15:40 (UTC +04:00)

Döyülən gəlinlə qayınanasının ifadələrində ziddiyyət var - RƏSMİ AÇIQLAMA

“Lənkəran rayon Yuxarı Nüvədi kəndində gəlinin qayınanası tərəfindən döyülməsi faktı ilə bağlı məsələ araşdırılır”.

Bunu Lent.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Teymur Mərdanoğlunun bildirib. 

Onun sözlərinə görə, sosial şəbəkələrdə məlum görüntülər yayılan kimi komitə tərəfindən dərhal aidiyyəti qurumlar məlumatlandırılıb: 

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Teymur Mərdanoğlu

“Rayon İcra Hakimiyyəti başçısının müavini, monitorinq qrupunun rəhbəri Vəsilə Arifqızı komitəyə məlumat verərək bildirib ki, məsələnin araşdırılması məqsədi ilə ailə icra hakimiyyətinə dəvət olunub. Eyni zamanda polis əməkdaşları tərəflərin onların ifadəsini alıb. Hazırda faktla bağlı araşdırma aparılır”.

Teymur Mərdanoğlu həmçinin gəlinlə qayınanasının ifadələrində bəzi ziddiyyətli məqamların olduğunu bildirib: “Onlar icra hakimiyyətinə dəvət olunub ki, daha da dəqiq araşdırma aparılsın. İstənilən halda, görüntülərdən də görünür ki, burada şiddət və zorakıllıq var. Bu da təbii ki, yolverilməzdir. Şikayət olmasa belə bu məsələyə hüquqi qiymət veriləcək”. 

Qeyd edək ki, Lənkəranın Yuxarı Nüvədi kəndində adı hələlik açıqlanmayan qayınana hamilə gəlinini vəhşicəsinə döyüb. Hadisənin görüntüləri sosial şəbəkədə izləyicilərin sərt təpkisinə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4854
avatar

Nigar Adil

Oxşar yazılar