Dünyanın  ən zəngin ölkəsi   hansıdır? ABŞ və ya Çin  deyil
20 aprel 2025 14:44 (UTC +04:00)

Dünyanın ən zəngin ölkəsi hansıdır? ABŞ və ya Çin deyil

Sərvət dedikdə hamının ağlına nəhəng iqtisadiyyatı olan ABŞ və ya rekord ixracatla Çin gəlir.

Ancaq ən yüksək həyat səviyyəsi orada deyil.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, xəbərlərdə nadir hallarda adı çəkilən kiçik dövlət illərdir adambaşına düşən ümumi daxili məhsula (ÜDM) görə reytinqlərə başçılıq edir.

Söhbət Lüksemburqdan gedir. Onun sirri neft və ya almazda deyil, düzgün maliyyə siyasətində və unikal qanunlardadır.

Lüksemburq adambaşına düşən ÜDM-ə görə dünyada birinci yerdədir – təxminən 135 min dollar. Müqayisə üçün qeyd edək ki, ABŞ-da bu rəqəm 80 mini çətinliklə keçir.

Ölkə 200-dən çox bank və 1000 investisiya fondu cəlb edərək biznes üçün vergi cənnətinə çevrilib.

O, Avropa İttifaqında ən aşağı əlavə dəyər vergis (ƏDV) dərəcəsinə malikdir (17 faiz) və bəzi şirkətlər üçün korporativ vergilər 15 faizi keçmir. Eyni zamanda, Lüksemburq ÜDM-in 20 faizini sosial müdafiəyə xərcləyir, vətəndaşları pulsuz təhsil, səhiyyə və pensiya ilə təmin edir.

Niyə Qətər və ya Birləşmiş Ərəb Əmirikləri olmasın? Bu ölkələr qiymətləri dəyişən neftdən asılıdır. Lüksemburq əsas diqqəti davamlı sənaye sahələrinə yönəldib: İT, telekommunikasiya, logistika və kosmik texnologiya.

Başqa bir üstünlük çoxdilli əhalidir. Lüksemburqlular alman, fransız və ingilis dillərində danışaraq beynəlxalq biznesi asanlaşdırırlar.

Lüksemburq fenomeni sərvət və həyat keyfiyyəti arasında tarazlıqdadır. Orta əmək haqqı ayda 6 min avrodur, lakin kirayə və yemək qiymətləri Paris və ya Sürixdəkinin yarısı qədərdir.

Ölkə ekologiyaya milyardlarla sərmayə qoyur: ictimai nəqliyyatın 90 faizi təmiz enerji ilə işləyir, ərazinin üçdə biri isə meşələrlə örtülüdür.

Bu sübut edir ki, real sərvət iqtisadiyyatın ölçüsündə deyil, resursları hər bir sakin üçün rifah halına çevirmək qabiliyyətindədir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2075

Oxşar yazılar

Azad olunmuş ərazilərdə yeni iş imkanları - VİDEO

Azad olunmuş ərazilərdə yeni iş imkanları - VİDEO

1 may 2025 , 13:10
“CV”dəki yalanlar  – Kimi aldadırsınız?

“CV”dəki yalanlar – Kimi aldadırsınız?

1 may 2025 , 12:48
 Leysan yağacaq   - Sabahın HAVASI

Leysan yağacaq - Sabahın HAVASI

1 may 2025 , 12:44
Şuşa və Xocalıda kütləvi məzarlıqlar  TAPILDI

Şuşa və Xocalıda kütləvi məzarlıqlar TAPILDI

1 may 2025 , 12:21
1-ci sinfə qəbulla bağlı TEXNİKİ PROBLEM

1-ci sinfə qəbulla bağlı TEXNİKİ PROBLEM

1 may 2025 , 12:03
Kamran Əliyev

Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB

1 may 2025 , 11:15
Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

1 may 2025 , 10:21
May ayında  xoş xəbərlər alacaq   BÜRCLƏR

May ayında xoş xəbərlər alacaq BÜRCLƏR

1 may 2025 , 09:09