Güclü maqnit qasırğası  XƏBƏRDARLIĞI  - VİDEO
01 oktyabr 2021 12:35 (UTC +04:00)

Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI - VİDEO

2

Oktyabrın 1-də Yer kürəsinə güclü maqnit qasırğası baş verib.

Lent.az xarici mediaya istinadla bu ay gözlənilən maqnit qasırğaları ilə bağlı xəbərdarlıqları təqdm edir. 

Oktyabrın 1-də başlayan və G1 səviyyəsinə çatan maqnit qasırğası şənbə günü azalacaq və bazar gününə qədər Yerin geomaqnit sahəsi praktik olaraq normallaşacaq.

Başqa bir ciddi maqnit qasırğası gələn həftə sonu, oktyabrın 10-da gözlənilir, ancaq qısamüddətli və daha az nəzərə çarpacaq.

Kifayət qədər güclü və uzunmüddətli geomaqnit dalğası ayın son ongünlüyündə baş verəcək.

18-26 oktyabr tarixlərində bir fırtına olacaq və zirvəsi ayın 19, 24 və 25-ə düşəcək.

Maqnit fırtınalarının proqnozunu əvvəlcədən bilən hava şəraitindən asılı insanlar mənfi təsirlərdən özlərini qoruya biləcəklər.

2021-ci ilin oktyabr ayı üçün maqnit qasırğası proqnozu:

• Oktyabr ayında yüngül maqnit dalğalanmaları mümkündür: ayın 2,3, 5, 18, 20, 21, 26, 31-də.

• 1, 10, 19, 24, 25 oktyabr tarixlərində daha ciddi maqnit fırtınaları gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 3671

Oxşar yazılar