Hazırda   bu bölgələrə leysan yağır  - FAKTİKİ HAVA
20 sentyabr 2025 17:13 (UTC +04:00)

Hazırda bu bölgələrə leysan yağır - FAKTİKİ HAVA

0

Sentyabrın 20-si saat 17:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 20-si saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti davam edir.

Şabran, Xaçmaz, Quba, Xaltan, Qusar, Biləsuvar, Göygöl, Daşkəsən, Tərtər, eyni zamanda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Tovuz və Şabranda 15 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 3.6 metrdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar