Həbsdə olan generalın yerinə TƏYİNAT
24 may 2024 15:57 (UTC +04:00)

Həbsdə olan generalın yerinə TƏYİNAT

0

Müdafiə Nazirliyində (MN) təyinat olub.

Lent.az xəbər verir ki, müdafiə naziri Zakir Həsənov Rəşad Babayevi Nazirliyin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə təyin edib.

Müdafiə Nazirliyindən Lent.az-a faktı təsdiq ediblər.

Qeyd edək ki, R.Babayev bu təyinatadək Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsində, ondan əvvəl isə Dövlət Vergi Xidmətində, Gömrük Komitəsində çalışıb.

Xatırladaq ki, MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Nəriman Cabbarov bir neçə gün əvvəl sərəncama götürülüb. Onun adı MN-dəki 143 milyonluq cinayət işində keçib və polkovnik məhkəmədə şahid qismində dindirilib. MN-in Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov isə hazırda həbsdədir./Unikal.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6281

Oxşar yazılar