Həbsdəki keçmiş icra başçısının qızı yenidən hakim  təyin olundu - VİDEO
04 noyabr 2026 12:57 (UTC +04:00)

Həbsdəki keçmiş icra başçısının qızı yenidən hakim təyin olundu - VİDEO

0

Hazırda həbsdə olan Balakən Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İslam Rzayevin qızı Fəridə Rzayeva yenidən hakim vəzifəsinə təyin edilib.

Lent.az-ın xəbərinə görə, gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, Prezident İlham Əliyev bugünlərdə birinci instansiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı sərəncamında Fəridə İslam qızı Rzayevanın Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin yenidən hakimi təyin olunması əks olunub.

Qeyd edək ki,İslam Rzayev DTX tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb və barəsində cinayət işi başlanıb.

Hazırda onunla bağlı istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar