Həcc ziyarəti bu tarixdən başlayır
14 iyun 2023 12:07 (UTC +04:00)

Həcc ziyarəti bu tarixdən başlayır

0

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyun ayının 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.

Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3052

Oxşar yazılar