Həkimdən  ÇAĞIRIŞ:  2 doza peyvənd vurduranlar...
03 noyabr 2021 13:46 (UTC +04:00)

Həkimdən ÇAĞIRIŞ: 2 doza peyvənd vurduranlar...

Son günlər bir sıra ölkələrdə, o cümlədən Rusiyada Delta” ştamının submutasiyası olan AY.4.2 variantı yayılmağa başlayıb. Yeni ştammın özəlliyi daha sürətli yayılması və yoluxduruculuq qabiliyyətinin yüksək olmasıdır. 

İnfeksionnist Süleyman Kamilov Lent.az-a açıqlamasında bildirib ki, payız mövsümünü və yeni ştammı nəzərə alaraq həm qorunma tədbirlərinə daha məsuliyyətli yanaşmaq, həm də peyvəndləmədə daha çox iştirak etmək olduqca vacibdir:

“Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq həssas qruplara aid olanların üçüncü doza peyvənd vurdurması məqsədəuyğundur. Lakin iki dozadan 6 ay keçən vətəndaşların buster doza vurdurması onları yoluxmadan qorumaqla yanaşı, ölkədəki epidemioloji vəziyyəti sabit saxlamağa daha yaxşı kömək edəcək. 

Koronavirusa yoluxan və ya özündə əlamətləri hiss edənlər isə iki həftə ərzində özlərini təcrid etməyə, evdən çıxaraq digərlərini yoluxdurub ölkədəki vəziyyəti gərginləşdirməməyə səsləyirəm. Bütün qaydalara əməl etməklə, peyvəndləmədə aktiv iştirakla yoluxma sayında azalma müşahidə edə bilərik. 

Heç kim arxayınlaşmamalı, qaydalara maksimum diqqətli yanaşmalıdır. Bununla yanaşı, COVID-19 əleyhinə peyvənd vurdurmaqda aktiv iştirak da önəmlidir. Peyvəndlənmədən sonra da vətəndaşlar özlərini qorumalıdırlar. Orqanizmlər individualdır. Peyvənddən sonra qoruyuculuğun 4-6 ay olduğu deyilir. Lakin elə şəxslər var ki, onlarda qoruyuculuq qısa müddətdə zəifləyə bilər”.
 

# 8856
avatar

Aytəkin Cəlali

Oxşar yazılar