Hərbçi qadınlarla   bağlı YENİ QƏRAR
05 dekabr 2023 14:13 (UTC +04:00)

Hərbçi qadınlarla bağlı YENİ QƏRAR

Hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi ləğv olunur.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu, Milli Məclisə daxil olan “Hərbi xidmətkeçmə haqqında əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi 50-dir.

Qeyd edilib ki, qadınların həqiqi hərbi xidmətdə olmalarının yaş hədləri ilə bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunla “Hərbi xidmətkeçmə haqqında” əsasnamə arasında ziddiyyətin aradan qaldırılması, gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi məqsədilə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsi məqsədəuyğun hesab edilir.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 29532
avatar

Oxşar yazılar