İnsanları intihara məcbur edənlərin cəzası nədir?
02 iyun 2021 16:30 (UTC +04:00)

İnsanları intihara məcbur edənlərin cəzası nədir?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu insanları intihar həddinə çatdıranların cəzası ilə bağlıdır.

Son aylarda xüsusən, paytaxt Bakıda intihar hadisələrinin sayı çoxalıb. Həmin faktlarla bağlı cinayət işi açılaraq, araşdırmalar aparılıb. Bəs görək, intihar hadisələri ilə bağlı Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işi açılır və həmin maddə ilə nə kimi cəza nəzərdə tutulur?

Rubrikamızın sualına “Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev aydınlıq gətirib. O bildirib ki, intihar hadisələri ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırmaya görə) maddəsi ilə cinayət işi açılır:

“Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev

“125-ci maddəyə əsasən, şəxsin özünü öldürməsi və ya özünü öldürməyə cəhd etməsinin özünü öldürmə həddinə çatdırma cinayəti hesab olunması üçün bəzi nüanslar var. Maddədə göstərilir ki, zərərçəkmişin özünü öldürməsinə və ya özünü öldürməsinə cəhd etməsinə təqsirkar şəxsin ondan maddi, xidməti və ya sair cəhətdən asılı olan zərərçəkmiş şəxslə amansız rəftarı səbəb ola bilər. Buraya intihar edən şəxsin döyülməsi, işgəncə verilməsi, ac, susuz, paltarsız qalması, gücü çatmayan fiziki işlərə məcbur edilməsi və s. aiddir. Bundan əlavə, onun ləyaqətinin mütəmadi olaraq alçalması, yəni təhqir edilməsi, söyülməsi, məsxərəyə qoyulması, haqqında rüsvayedici məlumatlar yayılması, böhtan atılması da cinayət işi üçün səbəb ola bilir. Həmçinin hədə-qorxu, yəni maddi və sair yardımdan məhrum etməklə, işdən çıxarmaqla, yaşayış sahəsindən qovmaqla, barəsində rüsvayedici məlumatlar yaymaqla hədələmə də şəxsin intiharına səbəb ola bilər. Bu hallarda 125-ci maddə ilə cinayət işi açılır.

Hazırkı Cinayət Məcəlləsinə görə, intiharla bağlı cinayət məsuliyyətinə cəlbetmə üçün zərərçəkmiş şəxs qismində yalnız təqsirkardan maddi, xidməti və sair cəhətdən asılı şəxs çıxış edə bilər. Yəni, iki eyni statuslu adam arasında amansız rəftar, ləyaqətin mütəmadi olaraq alçaldılması, hədə-qorxu və s. ilə şəxsi özünü öldürmə həddinə çatdırma halı baş versə, bu, məsuliyyətə səbəb olmayacaq. Bu halda maddənin dispozisiyasının yumşaldılması əsas şərtlərdəndir. Məsələn, istənilən müəssisədə rəhbər şəxslə əməkdaş arasında olan insident nəticəsində baş vermiş intihar hadisəsi Cinayət Məcəlləsinin 125-ci maddəsinin tərkibini yaratsa da, iki eyni statuslu əməkdaş arasında yaşanmış oxşar hal özünü öldürməyə çatdırılma kimi qiymətləndirilmir.

Həmin maddəyə əsasən, təqsirkar üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6854

Oxşar yazılar

Sabah leysan və sulu qar  yağacaq - PROQNOZ

Sabah leysan və sulu qar yağacaq - PROQNOZ

3 may 2025 , 12:44
Soyuq havalar nə vaxtadək  davam edəcək?

Soyuq havalar nə vaxtadək davam edəcək?

3 may 2025 , 10:42
Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

3 may 2025 , 09:55
Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

3 may 2025 , 09:35
Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək  – SƏBƏB

Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək – SƏBƏB

3 may 2025 , 09:09
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 may 2025 , 19:59
Bakıda hava qaralanda  bu avtobuslar  yoxa çıxır...  -  YENİLƏNİB

Bakıda hava qaralanda bu avtobuslar yoxa çıxır... - YENİLƏNİB

2 may 2025 , 19:27
Bu rayonlarda  şimşək çaxır,   yağış yağır - FAKTİKİ HAVA

Bu rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

2 may 2025 , 18:16