Sentyabrın 1-də saat 11 radələrində çoxsaylı xəsarətlər səbəbilə 14 yaşlı oğlan Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, pasiyentin bədəninin müxtəlif nahiyələrində çoxsaylı xəsarət izləri (çapıq və şırımlar), saçlı dəridən alın-təpə nahiyəsinə qədər saçsız hissə və çapıq toxuması, sol kürək nahiyəsində ödəm, sol əl pəncəsində ödəm müşahidə olunub.
Hazırda tibb müəssisəsinin müvadiq şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.